...

Prezident İlham Əliyev: Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır

Siyasət Materials 8 İyun 2016 14:21 (UTC +04:00)
İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.
Prezident İlham Əliyev: Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır

Bakı. Trend:

Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Trend-in məlumatına görə, bunu iyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır: "Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə, ən yüksək səviyyələrdə bu məsələlərlə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik".

Azərbaycan Prezidenti əlavə edib ki, islamofobiya həm müsəlman ölkələri, xalqları üçün, həm də bu çirkin meyara rəvac verənlər üçün təhlükədir: "Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq və nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır".

Xəbər lenti

Xəbər lenti