...

Azərbaycandakı sürüşmə zonaları yenidən fəallaşdı

Cəmiyyət Materials 5 Oktyabr 2016 14:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika ərazisinə uzun müddət yağan bol yağıntılar, hətta bəzən leysan xarakterli olan yağışlar sürüşmə sahələrinin fəallığının kəskin artmasına səbəb olub.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, fəallaşma özünü xüsusilə klassik sürüşmə rayonlarında daha çox göstərib.

E.Əlizadə qeyd edib ki, həmin yerlər Şamaxı, Ağsu, İsmayıllı rayonları, o cümlədən Qobustan-Şamaxı, Şamaxı-Ağsu, Muğanlı-İsmayıllı yolları, Ağsu çay dərəsində olan sürüşmə sahələri, Qusar, Quba rayonlarında, xüsusilə Quba rayonunun Vəlvələçay dərəsi və ona yaxın ərazilər, Quba-Xınalıq yolu yaxınlığındakı ərazilərdir: “Sürüşmə sahələrindəki fəallaşma həmçinin Lənkəran, Lerik, qismən də Yardımlı rayonlarında müşahidə edilir. Lənkəran-Lerik yolunun ayrı-ayrı hissələrində olan sürüşmə sahələrində də xeyli fəallaşma müşahidə olunur. Sürüşmə sahələri Gədəbəy-Daşkəsən rayonlarının ərazisində də fəallaşıb”.

E.Əlizadə deyib ki, Bakı şəhəri ərazisində sürüşmə sahələrində gözlənilən fəallıq müşahidə olunub: “Xüsusilə Zığ sürüşmə massivində xeyli fəallaşma var. Günəşli, Masazırda, Badamdar yamacında da artıq nəzərəçarpan fəallaşma müşahidə edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti