...

Bakıda daha bir yeraltı piyada keçidi tikilir (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2016 22:03 (UTC +04:00)
Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılır.
Bakıda daha bir yeraltı piyada keçidi tikilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılır.

Trend-in məlumatına görə, piyada keçidi Yasamal rayonunun Hüseyn Cavid prospektində, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı piyada zolağının yaxınlığında inşa ediləcək.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yeraltı piyada keçidinin tikintisinə yaxın vaxtlarda başlanacaq. İki çıxışı olacaq keçiddə eskalatorun quraşdırılması nəzərdə tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti