...

SIM-kartların satışı bütün operatorlar üçün vahid qaydada həyata keçirilir

Telekommunikasiya Materials 3 Fevral 2017 11:47 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda SIM-kart satışlarının yeni qaydalarının tətbiq olunması vətəndaşların onlayn rejimdə eyniləşdirilməsini təmin edib.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Hökumətin qərarına əsasən, bu ilin fevralın 1-dən SIM-kartların satışı və onların qeydiyyata alınması bütün operatorlar üçün vahid qaydada və mərkəzləşdirilmiş sistemdə həyata keçirilir.

Bundan sonra SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm mobil operatorların, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil edilir.

Bu, satışları sistemləşdirməyə və bu sahədəki mövcud çatışmazlıqları aradan qaldırmağa imkan verir. Çatışmazlıqlar operatorların abunəçi bazasının fərdi eyniləşdirmə nömrələrinə uyğun olaraq unifikasiyası yolu ilə aradan qaldırılıb.

Bundan başqa, mobil operatorların abunəçiləri üçün müxtəlif dövlət strukturlarından bildirişlər alınması kimi xidmətlərin işə salınması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti