...

Bakıda daha bir yolun yenidən qurulmasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2013 10:15 (UTC +04:00)
Bakıda Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Bakıda daha bir yolun yenidən qurulmasına başlanılıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yenidənqurma işlərinə başlanılan mövcud yolun uzunluğu 9 km, eni isə 7 m təşkil etməklə iki hərəkət zolağından ibarətdir. Layihə üzrə yolun 4 hərəkət zolağına uyğun yenidən qurulması nəzərdə tutulur.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, hazırda ərazidə işlər sürətlə davam edir. İşlərin bu ilin payız aylarında yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti