...

Azərbaycan Ordusunun əsgəri xidmət yoldaşını öldürüb

Hadisə Materials 14 Aprel 2014 10:55 (UTC +04:00)
Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissəsində ölüm faktı qeydə alınıb.
Azərbaycan Ordusunun əsgəri xidmət yoldaşını öldürüb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissəsində ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, aprelin 13-də axşam saatlarında Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən hərbi hissələrindən birində silahlı insident baş verib.

Belə ki, hərbi hissədə qulluq edən əsgər Cavadlı Afiyəddin avtomatdan açılan atəş nəticəsində Hacızadə Nicatı öldürüb.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əsgər Cavadlı Afiyəddin silahla davranşı zamanı təhlükəsizlik qaydalarını pozub, nəticədə atəş açılıb və əsgər Hacızadə Nicat qarın nahiyəsindən yaralanıb. Əsgər Hacızadə Nicat hospitala çatdırılarkən dünyasını dəyişib.

Hazırda hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti