...

Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını nəzərdən keçirəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2011 11:57 (UTC +04:00)
Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ, Kosovo, Dnestryanı münaqişələrinin nizamlanması yollarını nəzərdən keçirəcək, Əfqanıstanda sülh prosesinin təşkili üzrə yanaşmaları müəyyənləşdirəcəklər.
Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını nəzərdən keçirəcəklər

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ, Kosovo, Dnestryanı münaqişələrinin nizamlanması yollarını nəzərdən keçirəcək, Əfqanıstanda sülh prosesinin təşkili üzrə yanaşmaları müəyyənləşdirəcəklər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Liviya və Suriyadakı vəziyyət, RƏM problematikası və RF-nin Aİ və NATO ilə dialoq məsələlərini çərşənbə axşamı, sentyabrın 7-də Moskvada Rusiya və Fransanın Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri - Sergey Lavrov və Alen Jüppe, Anatoli Serdyukov və Jerar Lonqe müzakirə edəcəklər. Görüşlər ikitərəfli Təhlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Şurası çərçivəsində keçiriləcək.

Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin bildiridiyi kimi, Moskva və Parisin BMT TŞ-də əməkdaşlığını nəzərə alaraq, tərəflər "onların üzərinə hüquqi öhdəlik qoyan, Rusiya Prezidentinin təşəbbüsü olan Avropada təhlükəsizlik haqqında Müqavilənin bağlanması, RƏM problematikası, eləcə də RF-nin Aİ və NATO ilə qarşılıqlı əməkdaşlığını vurğulamaqla ümumavropa məkanında işlərin vəziyyətini" nəzərdən keçirəcəklər.

Nazirlər Liviya və Suriya da daxil olmaqla, Yaxın Şərq və Şimali Afrikadakı hadisələrə də toxunacaqlar. "Regionda gərginliyin artması bir çox suallar doğurur. Fransalı tərəfdaşlarla dialoqda hər şeydən əvvəl ölkələrimizin - BMT TŞ-nin daimi üzvlərinin belə böhranlı vəziyyətlərin nizamlanması üçün beynəlxalq birliyin optimal resepti kimi razılaşdırılmış təkliflərə hazır olduqlarını aydınlaşdırmaq vacibdir", - Lukaşeviç qeyd edib.

Tərəflər eləcə də Fələstin - İsrail nizamlanmasını da müzakirə edəcəklər. "Moskva bu sahədə irəliləyişə nail olunmasının beynəlxalq birliyin tələbi olması mövqeyindən çıxış edir, ümid edirik ki, fransız tərəfdaşlarla əlaqədə bizim əlaqələndirilmiş fəaliyyətimizin əsas xəttini təyin edə biləcəyik", - Lukaşeviç bildirib.

Təhlükəsizlik Məsələləri üzrə Rusiya-Fransa Şurası 2002-ci ildə dövlət başçılarının qərarı ilə yaradılıb və onun iclasları ildə bir-iki dəfə keçirilir. Bu formatda danışıqların sonuncu mərhələsi 2010-cu il sentyabrın 7-də Parisdə keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti