...

Dağlıq Qarabağın azərbaycanlı icması: Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat erməni xislətini bir daha göstərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2011 12:52 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat erməni xislətini bir daha göstərdi. Bu bəyanat onu deməyə əsas verir ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına riayət etmək istəmir.
Dağlıq Qarabağın azərbaycanlı icması: Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat erməni xislətini bir daha göstərdi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat erməni xislətini bir daha göstərdi. Bu bəyanat onu deməyə əsas verir ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına riayət etmək istəmir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.

Məmmədov bildirib ki, hazırda sülh danışıqları aparılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin həlli istiqamətində irəliləyiş yoxdur. Onun fikrincə, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu işğalçı dövlətlə çox yumşaq rəftar edir.

"Bütün bunlar isə Ermənistanı şirnikləndirir və işğalçı dövlət münaqişənin həllini mümkün qədər uzatmağa çalışır. Serj Sarkisyanın son bəyanatı bunu bir daha təsdiqləyir. Amma Sarkisyan bilir ki, xarici dəstəyi olmasa, bir gün belə onun işğalçı ordusu Azərbaycan ərazilərində qala bilməz. Gün gələcək ona dəstək verilməyəcək. Eyni zamanda, Azərbaycan müəyyən vaxta qədər səbr edəcək və danışıqlar nəticəsiz qalsa, biz öz torpaqlarımızı istənilən yolla işğalçılardan azad edəcəyik", - Məmmədov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti