...

Dağlıq Qarabağ problemi Cənubi Qafqazda əlverişli mühitə nail olmaq üçün başlıca maneədir - Türkiyə Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2011 10:37 (UTC +04:00)
Türkiyə ilə də, Rusiya ilə də qonşu olan Cənubi Qafqazın xüsusi əhəmiyyəti aydındır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Rusiyaya səfəri ərəfəsində "MK" və "MK-Türkiyə" informasiya portalına müsahibəsində deyib.
Dağlıq Qarabağ problemi Cənubi Qafqazda əlverişli mühitə nail olmaq üçün başlıca maneədir - Türkiyə Prezidenti

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Türkiyə ilə də, Rusiya ilə də qonşu olan Cənubi Qafqazın xüsusi əhəmiyyəti aydındır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Rusiyaya səfəri öncəsi "MK" və "MK-Türkiyə" informasiya portalına müsahibəsində deyib.

"Biz yaxın regionda sülh, sabitlik və firavanlığın yaradılmasına yönəldilmiş strategiyanı rəhbər tutatarq, sülh, təhlükəsizlik və əməkdaşlıq şəraitinin yaradılmasına cəhd edirik", - Gül bildirib.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ problemi Cənubi Qafqazda belə əlverişli mühitin yaradılması üçün əsas maneədir.

" Güman edirəm ki, bu məsələ ilə bağlı Türkiyənin mövqeyi Rusiya Federasiyasının nəzər nöqtəsi ilə uyğun gəlir. Qarabağ münaqişəsinin həlli yolunda əldə oluna biləcək irəliləyiş bu baxımdan həlledici əhəmiyyətə malik ola bilər", - Türkiyə Prezidenti bildirib.

Prezident Gül bir daha qeyd edib ki, Türkiyə bununla əlaqədar Rusiya Prezidenti Dmitri Medvedevin şəxsən iştirak etdiyi problemin həlli axtarışına hərtərəfli dəstək göstərməyə, eləcə də münaqişənin gələcək həlli üçün bütün zəruri olanları etməyə hazırdır.

Prezidentin sözlərinə görə, bu yolda əldə olunan irəliləyiş, şübhəsiz, Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək. Ermənistanla münasibətlərin normallaşması məsələsində Türkiyənin mövqeyi belədir.

" Biz münasibətlərin normallaşdırılması prosesinin uğurla başa çatmasını səmimi qəlbdən arzu edirik. Cənubi Qafqazda sabit sülhün bərpa olunması, regiondakı və onun hüdudlarından kənardakı ölkələrlə əməkdaşlığın yoluna qouyulması, Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması ayrıca proses kimi qəbul edilməməlidir. O, ümumregional əsasda baxılmağı tələb edir", - Gül deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti