...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2011 12:34 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodzinas keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti