...

Türkiyə Dağlıq Qarabağ məsələsində dəqiq mövqeyə malikdir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 14:02 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və mövqeyi dəqiq və daimidir.
Türkiyə Dağlıq Qarabağ məsələsində dəqiq mövqeyə malikdir - deputat

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və mövqeyi dəqiq və daimidir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə hakim Ədalət və İnkişaf Partiyasından Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı bildirib.

"Türkiyə daima ədalətsizliyə qarşı çıxış edir və istər Qafqazda, istər Yaxın Şərqdə, istərsə də başqa regionda olsun, ədalətsizliklə mübarizə aparmağa cəhd edir", - Türkiyə-Azərbaycan dostluq qrupunun sədri olan Kabakçı qeyd edib.

Deputatın sözlərinə görə, Türkiyə hakimiyyəti hər hansı imkan yaranan kimi müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi məsələsini qaldırır.

Azərbaycan ərazilərinin illərlə davam edən qanunsuz işğalına son qoyulmalıdır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması yolverilməzdir", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti