...

Haluk İpək: Türkiyəni ən çox üzən məsələ Azərbaycan torpaqlarının 20 faizinin işğalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 17:45 (UTC +04:00)
Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyəni ən çox üzən məsələ ölkənin torpaqlarının 20 faizinin işğal edilməsidir.
Haluk İpək: Türkiyəni ən çox üzən məsələ Azərbaycan torpaqlarının 20 faizinin işğalıdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyəni ən çox üzən məsələ ölkənin torpaqlarının 20 faizinin işğal edilməsidir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxlaq konfransda çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək deyib.

"Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə dünya ictimaiyyəti sakit yanaşır. Amma Azərbaycan Ermənistan torpaqlarının 20 faizini işğal etsəydi, dünya ictimaiyyəti buna belə yanaşardımı?" - İpək qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti