...

Azərbaycanlı ziyalıların Dağlıq Qarabağa növbəti səfəri planlaşdırılırmı?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2011 12:51 (UTC +04:00)
Ermənistan rəsmilərinin çıxışları ilə əlaqədar olaraq vəziyyət gərginləşib və Azərbaycandan olan ziyalıların Dağlıq Qarabağa getməsi asan məsələ deyil.
Azərbaycanlı ziyalıların Dağlıq Qarabağa növbəti səfəri planlaşdırılırmı?

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan rəsmilərinin çıxışları ilə əlaqədar olaraq vəziyyət gərginləşib və Azərbaycandan olan ziyalıların Dağlıq Qarabağa getməsi asan məsələ deyil. Trend-in məlumatına görə,
bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

"Ermənistan da qonşudur. Ermənistanda da ziyalılar var. Təbii ki, bu münaqişə nə vaxtsa qurtaracaq və biz bir yerdə yaşamalı olacağıq", - səfir deyib.

Onun sözlərinə görə, bu gün Bakıda 30 minədək erməni yaşayır.

"Demək, bir yerdə yaşamaq mümkündür", - Bülbüloğlu əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir. Bunu qarşı tərəfə də, yaradıcı insanlarla, ziyalılarla görüşüb, onlara da izah etmək lazımdır.

Səfir yaxın zamanda Ermənistana belə səfərin planlaşdırılmadığını deyib.

Azərbaycanlı ziyalılar bir neçə dəfə Dağlıq Qarabağa gedərək erməni ziyalılarla görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti