...

Morninqstar: Azərbaycanın ümumi maraqları ABŞ-ın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür

Siyasət Materials 14 İyun 2012 08:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Əsgərov/

Azərbaycanın ümumi maraqları ABŞ-ın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür. Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Riçard Morninqstar öz bəyanatında belə deyib.

Morninqstarın fikrincə, Azərbaycan təhlükəsizlik sahəsində inanılmış tərəfdaşdır.

O, həmçinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə dövlət katibi Hillari Klintona, etimada görə isə Prezident Barak Obamaya minnətdarlığını bildirib.

Morninqstar Azərbaycan əsgərlərinin Kosovo və Əfqanıstanda keçirilən ABŞ əməliyyatlarında iştirakını da vurğulayıb.

"Azərbaycan və Amerika Birləşmiş Ştatları demokratik şəraitin və qanunvericilik məsələlərində dəyişikliklərin təkmilləşdirilməsi üçün əməkdaşlığı davam etdirməlidilər", - o bildirib.

Seçiləcəyi təqdirdə, Morninqstar Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi edəcəyini vəd edib.

Dinləmə prosesi zamanı Morninqstarın namizədliyi üzrə səsvermənin 48 saat sonra Senatda keçirilməsi qərara alınıb.

Senatın rəsmi saytı məlumat verir ki, ABŞ Senatı Riçard Morninqstarın namizədliyi ilə bağlı çərşənbə günü dinləmələr aparıb.

Morninqstarın namizədliyi ilə birlikdə Senatda Timoti M.Braosun Niderland Krallığına və Cey Nikolas Ananiyin Surinama səfir təyin olmasını ilə bağlı müzakirələr aparılıb.

Bundan əvvəl Prezident Barak Obama Riçard Morninqstarın namizədliyini Azərbaycanda ABŞ-ın yeni səfiri təyin olunması üçün irəli sürmüşdü. ABŞ Konstitusiyasına əsasən, Morninqstarın namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

Keçmiş səfir Metyu Brayza ötən ilin dekabrında missiyasını bitirdiyi vaxtdan indiyənə qədər ABŞ-ın Azərbaycanda səfiri yoxdur.

ABŞ Prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə şəxsi fərmanı ilə dövlət katibinin sabiq köməkçisi Metyu Brayzanı Senatın razılığı olmadan səfir təyin etmişdi.

Xəbər lenti

Xəbər lenti