...

Azərbaycanda televiziya diktorlarının sertifikasiyaya cəlb olunacağı gözlənilir

Cəmiyyət Materials 9 Avqust 2012 11:02 (UTC +04:00)
Azərbaycanda televiziya diktorları və aparıcılarının dövlət dili üzrə sertifikasiyaya cəlb olunacağı gözlənilir.
Azərbaycanda televiziya diktorlarının sertifikasiyaya cəlb olunacağı gözlənilir

Azərbaycan, Bakı, 9 avqust /Trend müxbir M.Əliyev/

Azərbaycanda televiziya diktorları və aparıcılarının dövlət dili üzrə sertifikasiyaya cəlb olunacağı gözlənilir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının işçi qrupundan məlumat verilib.

İşçi qrupunun rəhbəri Kamal Abdulla tərəfindən irəli sürülən təklif Dövlət Proqramının icrasına dair tədbirlər planının ilkin variantına salınıb.

Təklifə əsasən, televiziya aparıcıları Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda təşkil olunacaq xüsusi kurslara cəlb ediləcəklər. Kursu bitirənlər müvafiq sertifikatla təmin olunacaqlar. Kursların mütəmadi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulub.

İşçi qrupunun üzvləri gələcəkdə belə kurslara tək televiziya diktorları deyil, nazirliklərin əməkdaşlarının, ictimai sahədə fəaliyyət göstərən qurumların nümayəndələrinin cəlb olunmasını məqsədəuyğun hesab edib.

Sertifikasiyadan keçməyənlərin işlə təmin olunmaması təklif edilir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti