...

Şəhər şosesinin Zabrat dairəsindən şəhər istiqamətinə bağlı olan 300 metrlik hissəsi də açılıb

Cəmiyyət Materials 28 Avqust 2012 10:01 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, şəhər şosesinin Zabrat dairəsindən şəhər istiqamətinə bağlı olan 300 metrlik hissəsi də açılıb.
Şəhər şosesinin Zabrat dairəsindən şəhər istiqamətinə bağlı olan 300 metrlik hissəsi də açılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.İsmayılov/

Bakı-Zabrat yolu əsaslı təmirdən sonra qismən istifadəyə verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, şəhər şosesinin Zabrat dairəsindən şəhər istiqamətinə bağlı olan 300 metrlik hissəsi də açılıb.

Yolun əsaslı təmir aparılan ümumi ərazisi 6,5 km təşkil edib, yol 6 zolaqlıdır.

Mürsəliyevin sözlərinə görə, növbəti bir neçə gün ərzində 300 metrlik hissənin xətlənməsi və genişləndirilən 200-250 metrlik hissədə isə asfalt örtüyünün son qatının salınması işləri yekunlaşacaq.

"Bu işlər də yaxın günlərdə yekunlaşacaq. Lakin bu gün səhərdən yolun 300 metrlik ərazisi sürücülərin istifadəsi üçün açılıb", - Mürsəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti