...

"I Ekologikal" intellektual oyununun qalibi müəyyənləşib

Cəmiyyət Materials 21 İyun 2013 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

"I Ekologikal" intellektual oyunun qalibi Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Sirius" komandası olub. Qalib komandanın üzvləri velosipedlərlə mükafatlandırılıblar. Bu barədə cümə günü ATGTİ-nin mətbuat xidmətindən daxil olan xəbərdə deyilir.

Qeyd edək ki, cari ilin 20 iyun tarixində, saat 11:00-da "Zabitlər bağı"nda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ekologikal" intellektual oyunu keçirilib.

Qeyd edək ki, "I Ekologikal" intellektual oyunu hər mərhələdə 10 sual olmaqla, 3 mərhələdən ibarət idi. Ümumilikdə, yarışmada 7 ali təhsil müəssisəsindən 14 komanda iştirak edib.

Tədbirin açılış mərasimində AR Prezidenti yanında Gənclər Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti