...

I Avropa Oyunlarının idman arenalarına gedən yolların tikintisi başa çatdırılır

Baku 2015 : EUROGAMES Materials 27 Aprel 2015 13:14 (UTC +04:00)
I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat- yol kompleksi üzrə məsələlərin həlli üçün Nəqliyyat Nazirliyinin “Tədbirlər Planı”na uyğun olaraq işlər davam etdirilir.
I Avropa Oyunlarının idman arenalarına gedən yolların tikintisi başa çatdırılır

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə məsələlərin həlli üçün Nəqliyyat Nazirliyinin "Tədbirlər Planı"na uyğun olaraq işlər davam etdirilir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Stend Atıcılığı İdmanı Kompleksindən, eləcə də Beynəlxalq Avtovağzal ərazisindən Bakı Dairəvi Yola çıxış üçün uzunluğu 1 km olan estakada (450 m., 2 hərəkət zolaqlı) və yolun tikintisi işlərinin mayın 10-da başa çatdırılması nəzərdə tutulur.

Bakı Dairəvi yolunun 14 km-lik şəhərdən çıxan hissəsinin təmiri başa çatdırılıb. Əks istiqamətdə işlər isə mayın 4-dək başa çatdırılacaq.

Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də mayın əvvəllərində başa çatdırılacaq.

I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) yüklərinin saxlanacağı Suraxanı rayonu ərazisindəki anbara gedən uzunluğu 4,1 km olan 2 hərəkət zolaqlı yolun tikintisi də başa çatmaq üzrədir.

"Məşəl Proqramı" çərçivəsində bütün Azərbaycanı gəzdiriləcək və Atəşgah Məbədindən götürülən "Azərbaycanın Odu"nun hərəkət marşrutu üzrə də təmir işləri davam etdirilir. Xüsusilə Ağdam rayonu ərazisində 6 km, Xocavənd rayonu ərazisində 4 km, Şamaxı rayonu ərazisində 4 km və s . işlər də başa çatdırılmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti