...

Danimarka Taekvondo Federasiyasının prezidenti: “I Avropa Oyunlarında çox güclü taekvondoçular iştirak edir”

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Azad Həsənli/

Bakıda I Avropa Oyunları Olimpiya oyunları səviyyəsində təşkil olunub. Bu barədə Trend-ə Danimarka Taekvondo Federasiyasının prezidenti Eynar Mikkelson deyib.

O bildirib ki, 2012-ci ildə Londonda Olimpiya oyunlarında iştirak edib və I Avropa Oyunları bu oyunlarla eyni səviyyədə təşkil olunub: "I Avropa Oyunları infrastruktur keyfiyyəti və səviyyəsinə görə Olimpiya standartlarından fərqlənmir. Bu baxımdan Azərbaycan çox böyük bir işin öhdəsindən gəlib".

E.Mikkelson qeyd edib ki, azərbaycanlı taekvondoçular çox yaxşı çıxış edib: "Bununla belə, yüksək yerlər uğrunda mübarizə çətin olacaq. Çünki burada çox güclü idmançılar toplaşıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti