...

Uqandalı jurnalist: "I Avropa Oyunları böyük ruh yüksəkliyinə səbəb olur"

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 15:37 (UTC +04:00)
I Avropa Oyunlarının Azərbaycan üçün böyük əhəmiyyəti var.
Uqandalı jurnalist: "I Avropa Oyunları böyük ruh yüksəkliyinə səbəb olur"

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunlarının Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu barədə Trend-ə uqandalı jurnalist Arnold Ntambi deyib.

O, böyük infrastrukturun inşa edildiyini bildirib: "Böyük infrastrukturun inşa edildiyini, yalnız azərbaycanlılarda deyil, bütün Avropa ölkələrindən olan azarkeş və jurnalistlərdə ruh yüksəkliyi görə bilərik".

A.Ntambi qeyd edib ki, Azərbaycan bu Oyunları keçirmək üçün çox böyük işlər görüb: "Zövq almaq, heyran qalmaq və insanlarda ruh yüksəkliyi görmək ümidində idim. Ümidlərim doğruldu. Bütün bunların hamısını stadionda gördüm".

Jurnalist artıq üçüncü dəfədir Bakıya səfər etdiyini bildirib: "Bura mənim çox xoşuma gəlir. Azərbaycan çox gözəl ölkədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti