Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
"Bakıda I Avropa Oyunlarının açılış mərasimi son dərəcə heyranedici idi və yüksək səviyyədə təşkil olunmuşdu".
Bu barədə Trend-ə İtaliya Milli Olimpiya Komitəsinin (MOK) media və kommunikasiya direktoru Danilo di Tommaso deyib.
O bildirib ki, Azərbaycan I Avropa Oyunlarını keçirməklə yenidən beynəlxalq arenada öz əhəmiyyətini təsdiqlədi: "Azərbaycan atletlər üçün yaxşı şərait yaratmaqla I Avropa Oyunlarını çox gözəl təşkil edib".