Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
I Avropa Oyunları çərçivəsində Azərbaycanın kamandan oxatma komandasının üzvü Taras Senyuk yarışlarda daha yaxşı nəticə göstərəcəyinə ümid edir.
İdmançı Trend-ə bildirib: "Təəssüflər olsun ki, ikinci məsafədə birinci məsafədəki kimi çıxış edə bilmədim, nəticədə bir neçə xal, müvafiq olaraq, bir neçə yer itirdim. Bundan da razı deyiləm".
Azərbaycan idmançısı qeyd edib ki, topladığı xallar heç olmasa 5 xal çox olsaydı, nəticələri kafi hesab etmək olardı: "Heç nə olmaz. Çünki, əsasən, fərdi oyunlarda mübarizə aparırıq. Daha yaxşı nəticələr göstərəcəyimə ümid edirəm. Hər bir idmançının şansı var və hər bir idmançı qələbə qazana bilər. Ona görə də əlimdən gələn hər şeyin ən yaxşısını etməyə çalışacağam".