...

Azərbaycan Avropa Oyunlarında daha bir medalı təmin etdi (ƏLAVƏ OLUNUB-2)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 17:27 (UTC +04:00)
Gərgin keçən döyüş taekvondoçumuzun xeyrinə başa çatıb - 7:5.
Azərbaycan Avropa Oyunlarında daha bir medalı təmin etdi (ƏLAVƏ OLUNUB-2)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 11:31-də yayılıb)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə ¼ final mərhələsinə çıxıb.

Trend-in məlumatına görə, idmançımız sloveniyalı rəqibi Yure Pantaraya qarşı keçirdiyi oyunda 11:3 hesabı ilə qalib gəlib.

X X X

Növbəti mərhələdə A.Tağızadənin rəqibi İspaniya təmsilçisi Joel Qonsales Bonilya olub.

Gərgin keçən döyüş taekvondoçumuzun xeyrinə başa çatıb - 7:5.

X X X

Yarımfinalda təmsilçimiz Aleksey Denisenko qarşılaşıb.

Bu dəfə də 7:5 hesabı ilə qalib gələn A.Tağızadə finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti