Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
"Bakı gözəl və qonaqpərvər şəhərdir".
Bu barədə Trend-ə İtaliya Milli Olimpiya Komitəsinin (MOK) marketinq departamentinin nümayəndəsi Anna Marianna Makazi deyib.
O bildirib ki, ilk dəfə Bakıya 1987-ci ildə voleybol üzrə İtaliya milli komandasının üzvü kimi gəlib və o vaxtdan Azərbaycan paytaxtı çox dəyişib: "Bakıda I Avropa Oyunlarının açılış mərasimi çox gözəl idi, xüsusilə narla olan səhnəni bəyəndim. Atletlər üçün inşa edilən bütün idman qurğuları da çox xoşuma gəlir. Hər şey yüksək səviyyədə təşkil olunub".