Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanlı gimnastlar Bakıda I Avropa Oyunları çərçivəsində temp hərəkətlərində qarışıq cütlüklər üzrə akrobatika yarışlarında final mərhələsinə çıxıb.
Trend-in verdiyi məlumata əsasən, Azərbaycanı bu yarışlarda təmsil edən Ulyana Dyakova və Anatoli Leonov 26.520 xal toplayaraq təsnifat mərhələsində 6-cı yeri tutub ki, bu da onlara medal uğrunda mübarizədə iştirak etməyə imkan yaradıb.
Final yarışları iyunun 21-də baş tutacaq.