Azərbaycan, Bakı, 18 iyun /Trend/
Bakıda I Avropa Oyunları çərçivəsində 6 günlük yarışların nəticələrinə görə Azərbaycan medal hesabında ikinci yerdədir.
Trend-in məlumatına əsasən, hazırda Azərbaycanın hesabında 11 qızıl, 3 gümüş və 9 bürünc medal var.
16 qızıl, 5 gümüş və 8 bürünc medalla birinci yerin sahibi Rusiyadır.
Üçlüyü 7 qızıl, 1 gümüş və 5 bürünc medalla Macarıstan tamamlayır.