...

I Avropa Oyunlarında stend atıcılığı üzrə yarışların yarımfinalçıları müəyyənləşib

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 16:08 (UTC +04:00)
I Avropa Oyunlarında qadınlar arasında stend atıcılığı üzrə yarışların yarımfinalçıları müəyyənləşib.
I Avropa Oyunlarında stend atıcılığı üzrə yarışların yarımfinalçıları müəyyənləşib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Azad Həsənli/

I Avropa Oyunlarında qadınlar arasında stend atıcılığı üzrə yarışların yarımfinalçıları müəyyənləşib. Trend-in məlumatına görə, italiyali Diana Bakosi yarışlarda ən yaxşı nəticə göstərib.

O, 75 xal toplayaraq 2012-ci ildə amerikalı idmançı Kimberli Rodun müəyyənləşdirdiyi dünya rekordunu təkrarlayıb.

Azərbaycanlı idmançı Nurlanə Cəfərova 65 xalla 18-ci olub.

Qeyd edək ki, 19 idmançı yarımfinala çıxmaq uğrunda mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti