...

Müğənni Pərvin Lətifov öz toyunda utancaq bəy obrazını unutdurdu (FOTO)

Mədəniyyət Materials 21 İyun 2011 16:40 (UTC +04:00)
Çoxdandır sakitliyin hökm sürdüyü yerli şou-dünyasında dünən bir toy çalındı ki, gəl görəsən.
Müğənni Pərvin Lətifov öz toyunda utancaq bəy obrazını unutdurdu (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Çoxdandır sakitliyin hökm sürdüyü yerli şou-dünyasında dünən bir toy çalındı ki, gəl görəsən. İstedadı "Azəri Star" mahnı müsabiqəsindən üzə çıxan, daha sonra özünü həm də iş adamı kimi təsdiqləyən müğənni Pərvin Lətifov subaylığa əlvida deyərək öz xalası qızı Əfsanə xanımla ailə həyatı qurdu.

Ssenarisiz, təmtəraqdan uzaq bir şəkildə baş tutan məclisdə hansı populyar simaların iştirak etdiyini təqdim etdiyimiz geniş fotosessiyada görə bilərsiniz. Bircə onu vurğulamaq istərdik ki, Pərvin də bəy kürsüsünə əyləşməmişdən öncə, media mənsublarından bir xahiş etdi: "Həyat yoldaşımın fotolarını mümkün qədər uzaqdan çəkin".

Onun bu istəyinə hörmətlə yanaşan həmkarlarım toyda çox az sayda bəylə gəlinin fotolarını lentə alırdılar.

Qohumların çoxluq təşkil etdiyi məclisin kluminasiya nöqtəsi Pərvinin populyar müğənni Nazəninlə birgə duet oxuması oldu. "Hardan düşdün sən yadıma bu gecə" mahnısını Əfsanə xanımla rəqs edə-edə oxuyan Lətifov, hazırcavab Nazənin xanımın "narahat olma, sən əsla bu sözləri sevdiyinə deməyəcəksən, çünki hər gün yanında olacaqsan" sözlərindən ilhamlanıb, toyunda həm bəs deyincə oxudu, həm də ürəkdolusu rəqslər etdi. Adət etdiyimiz utancaq bəy obrazını yaxınına belə buraxmayan müğənninin qonaqlarla toyunun sonuna kimi səmimi münasibət qurmaq bacarığı yadda qalan məqamlardan biri idi.

Allah xoşbəxt eləsin!

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti