...

DƏHŞƏT: İtkin düşən 25 yaşlı qız torpağa basdırılmış halda tapılıb

Dünya xəbərləri Materials 12 May 2024 19:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Elazığ şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Trend xəbər verir ki, 8 gündür itkin düşən qadın dünən torpağa basdırılmış halda tapılıb.

Polis qrupları tərəfindən aparılan genişmiqyaslı araşdırmada qadının cəsədi mərkəzə bağlı Sedeftəpə kəndinin Armutluk bölgəsində torpağa basdırılmış vəziyyətdə tapılıb. Qadının torpağın altından çıxarılan cəsədi ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının meyitxanasına aparılıb. Çoxlu şübhəlinin saxlanıldığı hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, bir uşaq anası olan 25 yaşlı Dilarə Günanə mayın 4-də səhər saatlarında evdən çıxıb. Axşama yaxın ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra narahat olublar. Telefonun saatlarla bağlı qalmasından şübhələnən ailə vəziyyəti polisə bildirmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti