...

“Qalatasaray” çempionluğun bir addımlığında

İdman Materials 12 May 2024 23:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Superliqasında 36-cı tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, liderlər turu qələbə ilə başa vurublar.

Lider “Qalatasaray” səfərdə çətinliklə 3 xal qazanıb. “Sarı qırmızılar” “Karagümrük”lə oyunun 90-cı dəqiqəsində həlledici qolu vurublar – 3:2.

“Fənərbaxça” isə “Kayserispor”un qapısından 3 cavabsız keçirib.

Bu nəticələrdən sonra “Qalatasaray” 99, “Fənərbaxça” isə 93 xal toplayıb. Çempion olmaq uçun son 2 turda Okan Burukun yetirmələrinə 1 xal kifayət edir.

Xəbər lenti

Xəbər lenti