Bakı. Trend:
ABŞ-la razılığa əsasən Qəzza zolağına humanitar yardımın çatdırılması üçün anklavın şimal hissəsində yeni "Qərbi Erez" keçid məntəqəsinin açılıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti xəbər verib.
"Bazar günü İsrail hökumətinin göstərişinə əsasən və ABŞ administrasiyası ilə razılığa əsasən Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırılması üçün Qəzza zolağının şimalında Qərbi Erez keçid məntəqəsi açılıb", - deyə bildirilib.
Qeyd olunub ki, keçid məntəqəsi “xüsusən Qəzza zolağının şimalına yardımın çatdırılması marşrutlarının genişləndirilməsi səylərinin bir hissəsi kimi” açılıb.