...

Kevin de Bruyne İngiltərə Premyer Liqasında ötürmə sayında 2-ci pilləyə yüksəlib

İdman Materials 12 May 2024 08:04 (UTC +04:00)

Bakı. Trend:

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasında ötürmə sayında 2-ci pilləyə yüksəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, “Fulhem”lə oyunda "şəhərlilər"in heyətində 111-ci dəfə qolun vurulmasında iştirak edib.

Matçda belçikalı futbolçunun ötürməsindən sonra hesabı açılıb. Kevin bu göstəricidə “Arsenal” və “Çelsi”də oynamış Sesk Fabreqası arxada qoyub. Siyahıya “Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqz başçılıq edir. Uelslinin hesabında 162 ötürmə var.

Qeyd edək ki, “Mançester Siti” “Fulhem”ə 4:0 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti