...

“Qarabağ” “Boka Xuniors”u keçib

İdman Materials 12 May 2024 10:05 (UTC +04:00)

Bakı. Trend:

Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ”ın siyahıda keçdiyi komandalar bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS-in cədvəlində 48-ci pillədə qalan Ağdam klubu 7 komandanı arxada qoyub.

Qurban Qurbanovun yetirmələri “Boka Xuniors”, “LDU Kito”, PAOK, “Frayburq”, “Braqa”, “Sparta” və “Atletiko Nasyonal”ı keçib. Amma “Qarabağ” irəliləyə bilməyib.

Buna eyni sayda komandanın Azərbaycan çempionunu arxada qoyması səbəb olub. “Brügge”, “Atletiko Mineyro”, “Atletiko Paranaense”, “Korintians”, “İndependente Medelyin”, “River Pleyt” və Zaqreb “Dinamo”su təmsilçimizi keçə bilib.

Qeyd edək ki, “Qarabağ”ın hesabında 183 xal var.

Xəbər lenti

Xəbər lenti