Bakı. Trend:
Polşanın paytaxtı Varşavanın şimalındakı ticarət mərkəzində yanğın baş verib.
Trend xəbər verir ki, yanğının söndürülməsinə 150 yanğınsöndürən cəlb olunub.
Alovun yayılması lokallaşdırılsa da, tamamilə yanan binaya hələlik daxil olmaq mümkün deyil.
İlkin məlumata görə, xəsarət alan olmayıb.