...

Azərbaycan Braziliyaya başsağlığı verib

Siyasət Materials 12 May 2024 16:28 (UTC +04:00)
Azərbaycan Braziliyaya başsağlığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Braziliyaya başsağlığı verib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində 140-dan çox insan həyatını itirib.

Xəbər lenti

Xəbər lenti