...

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində 27 nəfər ölüb

Dünya xəbərləri Materials 12 May 2024 21:36 (UTC +04:00)

Bakı. Trend:

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində ən azı 27 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "El Universal" nəşri xəbər verib.

Məlumata əsasən, anomal istilər nəticəsində ölənlərin ən çoxu ölkənin mərkəzindəki San-Luis-Potosi ştatında qeydə alınıb. Orada 15 nəfər ölüb, həkimlər onların hamısında isti vurma əlamətləri aşkar ediblər. Qeyd edilib ki, ən yüksək temperatur məhz San-Luis-Potosidə qeydə alınıb və Valles şəhərində 48 dərəcəyə çatıb.

Hidalqo ştatı hakimiyyəti, lkin məlumatlara görə, istinin təsirindən ölən beş nəfərin ölüm səbəblərini araşdırır.

Eyniadlı ştatın paytaxtı Oaxaka şəhərində yerli hakimiyyət orqanları burada 40 dərəcəyə çatan yüksək temperatur nəticəsində azı iki nəfərin öldüyünü təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti