...

Xalq artisti Flora Kərimova - illər ondan heç nə ala bilmədi (FOTO)

Mədəniyyət Materials 23 İyun 2011 19:11 (UTC +04:00)
Düz bir aydan sonra - 23 iyul tarixində Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Flora Kərimova özünün 70 illik yubileyini qeyd edəcək.
Xalq artisti Flora Kərimova - illər ondan heç nə ala bilmədi (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Düz bir aydan sonra - 23 iyul tarixində Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Flora Kərimova özünün 70 illik yubileyini qeyd edəcək.

Yarıməsrlik müğənnilik karyerasına malik olan Flora xanımın yaşının üstünə yaş gəldikcə səsinin gözəlliyi daha da artır, xarici görkəmində heç bir dəyişiklik hiss olunmur. Sənətkarın daim formada qalmaqdan ötrü idmanla məşğul olması da çoxlarına məlumdur. Müqayisəyəgəlməz xarizması ilə seçilən xalq artistini gənc saxlayan isə sevgi ilə döyünən ürəyidir.

O, həm də yaşından, sənətdəki mövqe və statusundan asılı olmayaraq, həmkarlarından köməyini əsirgəmir. Flora xanımı tez-tez təşkil olunan xeyriyyə konsertlərində, sənətçilərin toy məclislərində də görmək olar. Sənətinin zirvəsində olan müğənni sonuncu dəfə qatıldığı məclislərin birində Trend-in fotokamerası qarşısına keçməkdən imtina etmədi. Çəkiliş apararkən anidən düşündüyümüz "illər ondan heç nə ala bilmədi" sözlərini Sizinlə bölüşüb, Flora Kərimovanın təbii gözəlliyinin əks olunduğu fotoları diqqətinizə çatdırırıq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti