...

Sakitcə müşahidə edirəm - müğənni Rahidə Baxış (FOTO)

Mədəniyyət Materials 31 Oktyabr 2011 19:28 (UTC +04:00)
Azərbaycan şou-biznesinin qalmaqallarından maksimum uzaq gəzən müğənni Rahidə Baxış teleaparıcı Ulvira Qarayeva ilə meyxanaçı Tərlan Dağlının toy məclisində çox maraqlı açıqlama ilə çıxış etdi.
Sakitcə müşahidə edirəm - müğənni Rahidə Baxış (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan şou-biznesinin qalmaqallarından maksimum uzaq gəzən müğənni Rahidə Baxış teleaparıcı Ulvira Qarayeva ilə meyxanaçı Tərlan Dağlının toy məclisində çox maraqlı açıqlama ilə çıxış etdi. Mahnı təbrikini bitirən kimi Trend-ə açıqlama verən Rahidə nə səbəbdən gündəmdən uzaq düşməsinə aydınlıq gətirdi.

"Susqunluğumu pozmaq niyyətində deyiləm. Sadəcə, sakitcə müşahidə edirəm. Çoxları sual edir ki, niyə bu addımı atıram. Cavabım o olur ki, mənim üçün hər şeyin öz çərçivəsi var. Bacardığım qədər çalışıram ki, insanların gözlərini yormayıb, sırf yaradıcılığımdakı yeni mahnılarımı vaxtaşırı olaraq sadiq pərəstişkarlarıma təqdim edim", - müğənni fikirlərini belə tamamladı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti