...

Səbinə Babayeva: Doğma vətənim Azərbaycanı "Eurovision 2012"-də təmsil etməkdən çox böyük qürur hissi duyuram (VİDEO)

Mədəniyyət Materials 29 Mart 2012 15:23 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsində təmsilçisi Səbinə Babayeva ölkəsini təmsil etməkdən qürur hissi duyur.
Səbinə Babayeva: Doğma vətənim Azərbaycanı "Eurovision 2012"-də təmsil etməkdən çox böyük qürur hissi duyuram (VİDEO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsində təmsilçisi Səbinə Babayeva ölkəsini təmsil etməkdən qürur hissi duyur.

"Mən doğma vətənim Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil etməkdən çox böyük qürur hissi duyuram. Xüsusən də çox sevinirəm ki, mənim iştirakım bu ilə, yəni bütün Avropa ailəsini Azərbaycanda qarşılamağa və qonaqpərvər xalqımızı bütün dünyaya tanıtmağa şad olduğumuz bir ilə təsadüf edir", - Trend-in məlumatına görə, bunu Babayeva Youtube-da yayımlanan videogörüntüdə deyib.

Musiqinin onun həyatı olduğunu qeyd edən Babayeva, musiqinin dünyada ən böyük bir varlıq olduğunu bildirib.

"Mən oxumağa başlayarkən bu dünya mənim olur. Mən uşaqlıqdan, anam məni bu sahə ilə tanış edəndən bəri oxuyuram. Mənim anam peşəkar pianoçudur. Musiqi ayrı bir dildir, sən bunu öyrənirsən, başa düşürsən və bununla dünyaya nəsə deyirsən", - Babayeva qeyd edib.

Həm ingilis, həm də doğma Azərbaycan dilində oxuduğunu deyən Babayeva Afro-Amerikan mahnı stilinin, həmçinin, muğamın onu həmişə oxumağa ruhlandırdığını bildirib.

Babayeva, həmçinin Azərbaycanın zəngin caz mədəniyyətinə malik olduğunu diqqətə çatdırıb.

"Bizim caz muğamı adlanan öz musiqi stilimiz var. Bu, muğam ilə klassik cazın sintezidir", - Babayeva deyib.

O, həmçinin vurğulayıb ki, müsabiqədə ifa edəcəyi "When The Music Dies" mahnısını dinləyərkən ona laqeyd qalmaq mümkün deyil.

Xəbər lenti

Xəbər lenti