...

"Eurovision" formatında yeni lahiyəyə start verilib (FOTO)

Mədəniyyət Materials 1 May 2012 14:28 (UTC +04:00)
Bu gün "Eurovision" formatında yeni lahiyənin təqdimat mərasimi keçirilib.
"Eurovision" formatında yeni lahiyəyə start verilib (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün "Eurovision" formatında yeni lahiyənin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Univision" adlanan lahiyənin əsas məqsədi yeni ənənələrin başlanğıcını qoymaqdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova mərasimdə qeyd edib ki, nazirlik tərəfindən dəstəklənən lahiyə Azərbaycanda universitetlər arasında "Eurovision" formatında keçirilən mahnı müsabiqəsidir.

Onun sözlərinə görə, 26 universitetin iştirak edəcəyi mahnı müsabiqəsi iki mərhələdən ibarət olacaq.

Lahiyəni həyata keçirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov qeyd edib ki, müsabiqənin yarımfinal mərhələsi mayın 15-də, final mərhələsi isə mayın 17-də Heydər Əliyev Sarayında baş tutacaq.

O qeyd edib ki, final mərhələsində 10 universitet birincilik uğrunda mübarizə aparacaq. Səsvermə "Eurovision" formatına uyğun aparılacaq. Yalnız tələbələrin iştirak edəcəyi müsabiqədə qalib gələn universitet mükafatlandırılacaq və növbəti müsabiqəyə ev sahibliyi etmək hüquq qazanacaq.

O bildirib ki, bu lahiyənin təşəbbüsü tələbələr tərəfindən irəli sürülüb və 3 ilə yaxın bir müddət ərzində bu istiqamətdə müzakirələr aparılıb.

"Artıq bu il lahiyəni həyata keçirməyi qərara aldıq. Bu il yarışma Azərbaycanda keçiriləcək, lakin növbəti illərdə bunu Avropa və MDB məkanına da çıxarmağı planlaşdırırıq. Hazırda Avropa Tələbə Birliyi yarışmaya boyük maraq göstərir və müsabiqəyə xüsusi nümayəndə heyəti göndərəcək", - İsmayılov deyib.

O həmçinin vurğulayıb ki, bu il müsabiqədəki mahnılar müxtəlif dillərdə olacaq, lakin MDB və Avropa məkanına çıxdıqdan sonra mahnılar iştirakçı ölkənin dilində və ya ingilis dilində oxunacaq.

Xəbər lenti

Xəbər lenti