...

"Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" kitabının təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 15 May 2012 19:17 (UTC +04:00)
ADA Kitab Mərkəzi Azərbaycan Diplomatik Akademiyasının nəşr etdiyi "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabın təqdimat mərasimini keçirib.
"Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

ADA Kitab Mərkəzi Azərbaycan Diplomatik Akademiyasının nəşr etdiyi "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabın təqdimat mərasimini keçirib. Kitab ADA-nın tədqiqatçısı Taleh Ziyadovun bir illik əməyinin nəticəsində ərsəyə gəlib.

ADA-dan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kitab Avro-Asiyanın ticarət, nəqliyyat, logistika və təchizat şəbəkələrini strateji cəhətdən araşdırmaqla, Azərbaycan üçün əsas strategiya müəyyənləşdirir. Müəllif ölkənin qeyri-neft sektorunun inkişafına nəzər salır və "Azərbaycan 2030" strategiyasının hazırlanması və həyata keçirilməsi üçün müxtəlif variantlardan birini təklif edir.

"Ümid edirəm ki, bu tədqiqatın araşdırmaları hazırda yazılmaqda olan "Azərbaycan 2020: Gələcəyə Baxış" milli inkişaf strategiyasının hazırlanmasına öz töhfəsini verəcək və Azərbaycanda qeyri-neft sektorunun iqtisadi inkişafı ətrafındakı məsələlərin anlaşılmasına aydınlıq gətirəcək", - tədbiri açan ADA-nın rektoru, səfir Hafiz Paşayev deyib.

Taleh Ziyadov Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən bütün əsas nəqliyyat və inkişaf layihələrini, o cümlədən Azad İqtisadi Zona (AİZ) layihəsini, vahid məqsəd və strategiya altında birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu strategiya regionun gələcək inkişafı üçün ümumi fikrin yaranmasına və Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsinə təkan verəcək.

"Azərbaycan üçün uğurlu mərkəz strategiyası AİZ və İstehsalatın Pay Bölgüsü prinsiplərindən istifadə olunaraq hazırlanmalı və nəqliyyat-logistika layihələrinə xüsusi diqqət yetirməlidir. Bu halda, ölkənin qeyri-neft iqtisadiyyatına edilən birbaşa xarici investisiyaların sayı artaraq regionda qeyri-neft ticarəti dirçələcək", - müəllif qeyd edib.

"Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" kitabı ADA Kitab Mərkəzində satışdadır. Mərkəzin veb-saytında kitabı nəzərdən keçirmək mümkündür: http://adabook.az/en/books/7216

Xəbər lenti

Xəbər lenti