...

Ukrayna və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 30 May 2012 13:03 (UTC +04:00)
Ukrayna və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Ukrayna və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/

Ukrayna və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, nazirliyin təşkilatçılığı ilə bu il mayın 31-dən iyunun 5-dək Ukraynada və 6-10 iyun tarixlərində Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.

Mədəniyyət Günləri çərçivəsində Ukraynanın Kiyev və Odessa, Qazaxıstanın Astana və Almatı şəhərlərində Azərbaycan Dövlət Rəqs Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqələrinin gənc qaliblərinin iştirakı ilə konsertlər, "Azərbaycan: ənənə və müasirlik qovşağında" adlı fotosərgi və turizm sərgisi keçiriləcək.

Eyni zamanda Kiyev və Odessada Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası nümayiş olunacaq.

"Mədəniyyət Günlərinin təşkili ölkələr arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti