...

"Mübarizli Vətən" kompozisiyası bölgələrdə nümayiş etdiriləcək

Mədəniyyət Materials 19 İyun 2012 13:28 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru iyunun 18-dən 20-dək Gədəbəy, Qazax və Ağstafada filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında hazırlanmış "Mübarizli Vətən" ədəbi-bədii kompozisiyası ilə çıxış edəcəklər.
"Mübarizli Vətən" kompozisiyası bölgələrdə nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru iyunun 18-dən 20-dək Gədəbəy, Qazax və Ağstafada filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında hazırlanmış "Mübarizli Vətən" ədəbi-bədii kompozisiyası ilə çıxış edəcəklər.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən teatr və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisinin birgə layihəsi çəçivəsində nümayiş etdiriləcək kompozisiya Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun şəhidliyi gününə həsr olunub.

Tədbirin ssenari müəllifi və aparıcısı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, mərkəzin "Bura Vətəndir" məclisinin sədri Səriyyə İsmayılova, quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı olan kompozisiyada əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev iştirak edəcəklər. Tədbirdə, həmçinin, teatrın aktroyu İlham Əsədovun ifasında "Qalmaz dünya", Əlirza Amanbəylinin ifasında "Yenilməz" mahnıları səsləndiriləcək.

Qeyd edək ki, sözügedən kompozisiya bu ilin fevral ayında teatrda və bir sıra ali təhsil ocaqlarında uğurla nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti