...

Bakıda alman rejissorun "Sarı gəlin. Azərbaycanda muğam-caz" filmi nümayiş olunacaq

Mədəniyyət Materials 10 Noyabr 2012 10:16 (UTC +04:00)
Noyabrın 14-də "Nizami" Kino Mərkəzində "Sarı gəlin. Azərbaycanda muğam-caz" sənədli filminin təqdimatı olacaq.
Bakıda alman rejissorun "Sarı gəlin. Azərbaycanda muğam-caz" filmi nümayiş olunacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir C.Babayeva/

Noyabrın 14-də "Nizami" Kino Mərkəzində "Sarı gəlin. Azərbaycanda muğam-caz" sənədli filminin təqdimatı olacaq.

Trend-in məlumatına görə, filmin rejissoru Klaus Bernhardt (Almaniya), rejissor assistenti Naibə Şirinova, operatorları Feliks Peşko və Vilhelm Neymann, montajçı isə Cennifer Kunçerdir.

Sənədli film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyanın "Das-Apartment" prodüser şirkəti ilə birgə "Salnamə" kinostudiyasında çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti