...

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müşaviri telekanal rəhbəri oldu

Mədəniyyət Materials 29 Noyabr 2012 13:54 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə keçmiş müşaviri Bülənt Uğur türk dövlətlərinin ortaq səsi, eyni zamanda ilk və tək musiqi kanalı olan TMB kanalına icraçı direktor təyin edilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müşaviri telekanal rəhbəri oldu

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə keçmiş müşaviri Bülənt Uğur türk dövlətlərinin ortaq səsi, eyni zamanda ilk və tək musiqi kanalı olan TMB kanalına icraçı direktor təyin edilib.

Türkiyənin Azərbaycandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, 2005-2010-cu illərdə Bakıdakı vəzifəsini icra edən Bülənt Uğur 1996-2005-ci illər arasında Türkiyədə Mətbuat Yayım İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri olub.

Kanalın daha çox tanıdılması istiqamətində aparılan yeni struktur islahatları çərçivəsində TMB kanalının başına gətirilən Bülənt Uğur vəzifəsini kanalın mərkəzi olan İstanbulda icra edəcək.

Yeni yayım dönəmində kanalın daha çox tanıdılmasına üstünlük verən TMB fərqli proqramlarla bütün türk dünyasına səslənəcək.

Bu baxımdan ilk olaraq TMB kanalında dekabrın 4-dən Azərbaycanın tanınmış sənətçisi Brilyant Dadaşova ilə "Brilliant ilə Pırlantalı Gecələr" adlı yeni bir veriliş ekranlara çıxacaq. Ən azı bir sənətçi qonağın da dəvət ediləcəyi bu dinamik proqramda tamaşaçıya musiqili-əyləncəli dəqiqələr yaşadılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti