...

Azərbaycanlı müğənni "TRT Haber"in qonağı olub

Mədəniyyət Materials 18 Noyabr 2013 11:45 (UTC +04:00)
"TRT Haber" kanalının qonağı olan Gülyanaq Məmmədova Azərbaycan mədəniyyətini və sənətini bir daha bütün Türkiyəyə tanıdıb.
Azərbaycanlı müğənni "TRT Haber"in qonağı olub

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

"TRT Haber" kanalının qonağı olan Gülyanaq Məmmədova Azərbaycan mədəniyyətini və sənətini bir daha bütün Türkiyəyə tanıdıb.

TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan sənətçisinin canlı ifası dinləyiciləri ovsunlayıb.

"TRT Haber" kanalında yayımlanan "Haber Tadında" proqramında Azərbaycanın tanınmış sənətçilərindən Gülyanaq Məmmədova İnci Ertuğrulun suallarını cavablandırıb.

20 dəqiqə davam edən proqramda mədəniyyət, musiqi və bir çox məqamlara toxunulub.

Gülyanaq Məmmədovanın canlı ifası proqramın aparıcısı İnci Ertuğrul və tamaşaçıları heyran etdi. Azərbaycan sənətçisi iki muğam və bir türkü səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti