Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir S.Əhmədova/
Bu gün Rumıniyada Milli Mədəniyyət Günü qeyd olunur. Trend-in məlumaıtna görə, bu münasibətlə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Rumıniya bəstəkarı George Eneskunun Bakıdakı abidəsi önünə əklil qoyub.
Mərasimdə Rumıniya cəmiyyəti və Rumıniya səfirliyinin nümayəndələri iştirak ediblər.
Azərbaycan və Rumıniya arasında mədəniyyət əlaqələri barədə danışarkən səfir D.Çiobanu bu əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb.