...

Çexiyada sovet qoşunları tərəfindən qətlə yetirilmiş şəhidlərin xatirəsinə forosərgi açılıb (FOTO)

Mədəniyyət Materials 19 Fevral 2015 13:59 (UTC +04:00)
Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, region ziyalılarının qatıldığı açılış mərasimində qubernator Mixal Haşek (Michal Hašek), Azərbaycan, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri, Litvanın fəxri konsulu və ASN-nin üzvləri iştirak edib.
Çexiyada sovet qoşunları tərəfindən qətlə yetirilmiş şəhidlərin xatirəsinə forosərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Çexiyanın Cənubi Moraviya regionunun mərkəzi, Praqadan sonra ölkənin ikinci şəhəri hesab edilən Brno şəhərində Azərbaycanın Çexiyadakı səfirliyinin və region qubernatorluğunun dəstəyi, Azərbaycan tələbələr şəbəkəsinin (ASN), Litvanın Brnodakı fəxri konsulunun təşkilatçılığı ilə keçmiş SSRİ məkanında (Azərbaycan, Gürcüstan, Litva) azadlıq uğrunda mübarizədə sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilmiş şəhidlərin xatirəsinə həsr edilən forosərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, region ziyalılarının qatıldığı açılış mərasimində qubernator Mixal Haşek (Michal Hašek), Azərbaycan, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri, Litvanın fəxri konsulu və ASN-nin üzvləri iştirak edib.

Azərbaycan səfirliyinin müşaviri Ə.Əskərov çıxışında 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək, xalqımızın Ulu Öndərinə istinadən müstəqil, demokratik və hüquqi dövlət olan Azərbaycanın, şəhidlərimizin xatirəsinə ən böyük abidə olduğunu qeyd edib.

Ə.Əskərov bu müdhiş hadisədən təxminən iki il sonra baş vermiş Xocalı soyqırımı haqqında da tədbir iştirakçılarına məlumat verib.
O, sovet qoşunlarının öz vətəndaşlarına qarşı misli görünməmiş qəddarlığını əks etdirən stendlərə şərhlər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti