Azərbaycan, Bakı, 8 mart /Trend/
İstanbulda, Edition (Baku Plaza) otelində millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan "Allah, seven kalplerdedir ("Seni Allaha aşk götürür") və "Aşk Başka" adlı kitablarının təqdimatı və imzalanması olub.
Türkiyənin ünlü simalarının tanınmış sənətçilər Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Emre, Nursaç Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, tanınmış mediya rəhbərləri və televiziyaçılar Abbac Güclü, Güneri Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı, Mustafa Kara, Nurcan Sabur, Nurettin Soydan, Selim Bakal, böyük şair Cemal Safi, şairə Ayşə Birgül Yılmaz, böyük alim və tasavvuf araşdırmaçısı Cemalnur Sargut, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçən təqdimat mərasimində ilk olaraq kitabları Türkiyə türkcəsinə uygunlaşdıran yazar İmdat Afşar çıxış edib.
Ondan sonra təqdimatın keçirilməsinin təşkilatçısı Palmali şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu öz fikirlərini söyləyib. "Aşk Başka" kitabının öz söz yazarı və kitabın hazırlanmasına rəhbərlik etmiş ustad şair Cemal Safi çıxış edib və Qənirə xanımla, kitabla bağlı öz düşüncələrini bölüşüb və sonda Qənirə xanıma həsr etdiyi şeirini oxuyub. Məhz "Aşk Başka" kitabı üçün Qənirə xanıma hədiyyə etdiyi və ilk dəfə oxuculara təqdim ediləcək "Miracımız Qarabağdır" şeirini oxumağı isə Qənirə Paşayevanın özündən xahiş edib. Sonra Qənirə Paşayevanın "Allah, seven kalplerdedir" kitabının ön söz yazarı və Qənirə xanımın dostu Cemalnur Sargut çıxış edərək həm kitab həm də Qənirə xanımla dostluqlarının tarixindən danışıb.
Türkiyənin ən məhşur jurnalsitlərindən olan Abbas Güclü isə bildirib ki, Qənirə xanımın kitablarından əldə ediləcək bütün gəliri ata-anasız və ya ağır ailə vəziyyəti üzündən ali təhsil ala bilməyən qızların, özəlliklə hüquq təhsili almaq istəyən Azərbaycan və Türkiyədən olan qızlara bağışlaması önəmli addımdır və örnək bir addımdır. Bunun üçün millət vəkilinə təşəkkür edən Abbas Güclü kitabla, Qənirə xanımla dostluqları barədə fikirlərini də bölüşüb.
Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayın çıxışından sonra tədbirin yekununda millət vəkili Qənirə Paşayeva çıxış edib.
Bu cür gözəl tədbirin təşkili üçün Palmali ailəsinə,tədbirdə iştirak edən bütün dostlara və medya mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva 40 yaşımı bu kitablarla və sizinlə birlikdə qeyd etmək mənim üçün çox böyük sevinc və qürurdur deyən Qənirə Paşayeva ona hər zaman dəstək olan insanlara, həyatında böyük rol oynamış şəxsiyyətlərə, dostlarına, bu kitabların işıq üzü görməsində dəstək göstərən bütün insanlara təşəkkür edib. Bizim ailəmiz zəngin deyildi amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından, Azərbaycanın Ümumumilli lideri Heydər Əliyevin həyatında oynadığı böyük roldan, Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın o da daxil olmaqla gənc qadınların ölkənin həyatındakı rolunu daha da artırmaq üçün böyük dəstəyindən danışaraq mən Allahdan heç zaman özüm üçün çox şey istəmədim hər zaman sadəcə mənə xeyrli bildiyini ver deyə dua etdim. Amma 40 yaşımın tamam olduğu bu gün ondan bir çox şey istəyirəm.
"Allahdan mənə bundan sonra ailəmə layiq övlad, müəllimlərimə layiq öyrənci, dostlarıma layiq dost, Vətənimə, millətimə, torpağımıza layiq övlad ola bilmək üçün daha çox güc versin. Və ən əsası şəhid dostlarımın yanına üzü ağ gedə bilməyi nəsib etsin. Torpaqlarımızı işğaldan azad edən gün onların qəbirləri üzərinə o gözəl torpaqlarımızdan gətirib səpəcəyimə söz vermişdim. Allahdan ən çox bunu arzulayıram. Bir gün belə bir tədbiri Şuşada keçirə bilməyimizi arzulayıram".
Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda bütün qadınları 8 Mart Qadınlar bayramı münaisbəti ilə də təbrik edərək, qızları daha çox oxutmalı, onların toplumda rolunu daha da artırmalı, qadına şiddətə qarşı daha çox mübarizə aparmalıyıq deyib.
Kitabları haqqında danışan Qənirə Paşayeva bu kitablar özünə yolçuluğa çıxan bir insanın kitabıdır və əgər oxucuların az da olsa xoşuna gələrcə mənim üçün böyük mutluluq olur deyib. Kitabdan əldə olunacaq bütün gəlirin Azərbaycandan və Türkiyədən olan qızların ali təhsil ala bilməsinə dəstək üçün bağışlandığını deyən Qənirə Paşayeva bir neçə qızımızın xəyallarını gerçəkləşdirməyə dəstək ola bilməkdən gözəl nə ola bilər deyib və həmin qızları gələcəkdə qadın haqları sahəsində fəal şəxslər kimi görmək istədiyini də deyib.
Tədibrdə Qənirə Paşayevanın yazılarından parçalar da səsləndirilib.
Tədbirin sonunda Türkiyə Baralor Birliyinin üzvü vəkil Saide Ekmen təşkilat adından millət vəkili Qənirə Paşayeya plaket təqdim edib və bildirib ki, onun adına Tema Vaqfına 5 ağaç əkilərək bağışlanıb.
Qənirə Paşayeva kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.