Azərbaycan, Bakı, 17 mart /Trend/
Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq əldə etməyin əleyhinə deyil.
Trend-in UNN agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə o özü mətbuat konfransında deyib.
Artistin sözlərinə görə, bu məsələdə onu xanımı da dəstəkləyir: "Dünən həyat yoldaşıma dedim ki, gəl, siyasi sığınacaq istəyək. O isə "yaxşı" dedi".